FreshAir MMC İsitmə, Soyutma və havalandırma sistemlərinin, Təhlükəsizlik və Rabitə sistemlərinin layihələndiriliməsi, quraşdırılması və servisi ilə məşğuldur.
Topladığımız təcrübəyə əsasən Sizə həmçinin bu sistemlərin fərdi mühəndis həllini təklif edirik. Müştərilərimizin istəyinə görə yerində ödənişsiz texniki baxış və ilkin layihələndirmə xidmətini həyata keçiririk.
FreshAir MMC -nin yüksək ixtisaslı peşəkar və təcrübəli mühəndis-texniki işçiləri avadanlıqların seçilməsi məsələsinə çevik və effektiv yanaşaraq Sizin bütün istəklərinizin istənilən keyfiyyətdə reallaşmasını təmin edir.
FreshAir MMC obyektlərin təchizatı zamanı hər bir müştəriyə fərdi yanaşma təklif edir. Müxtəlif markalı məhsul çeşidlərimizin olması bizə sənaye, eləcə də fərdi obyektlərin və evlərin iqlim sistemlərinin qurulmasının planlaşdırılmış büdcəyə uyğun optimal variantlar təklif etməyimizə imkan yaratmaqdadır.
FreshAir MMC quraşdırılan avadanlıqların periodik baxım və servis xidmətini həyata keçirir.