Biz hər zaman yuxarı baxırıq. Yuxarı baxırıq ki, müştərilərin daxil olduğu məkanlarda özlərini komfortlu və təhlükəsiz hiss etmələri üçün mühəndislik həlləri təklif edək. Bu gün FreshAir Mechanical Engineering MMC şirkəti olaraq yerli bazarda müştərilərin isti havalarda sərinliyə, soyuq havalarda isə istiliyə olan ehtiyacını qarşılamaq üçün çalışırıq. Yerli bazarda mövqe tutmaq və markalaşmağımıza təkan verən amillər insan kapitalı və texnologiyaya etdiyimiz davamlı yatırımlardır. BİZ SUSAQ, TƏCRÜBƏ DANIŞSIN. Bu hissədə Sizə fəaliyyətimiz dövründə təchiz etdiyimiz 50-dən çox fərdi yaşayış evi, 250-dən çox kommersiya təyinatlı qeyri-yaşayış obyektləri üçün verdiyimiz mühəndislik həllərindən yazmaq istəmirik. Sizə çatdırmaq istədiyimiz məsələ hər il daha da yaxşı xidmət göstərmək üçün təkcə yerli deyil, beynəlxalq bazarda da sahə üzrə baş verən yenilikləri və uğursuzluqları təqib edib nəticə çıxartmağımızdır. Bu proseslər həm ixtisaslaşmağımıza, həm də müxtəlif datalar sayəsində müştərilərimizə havalandırma, isitmə-soyutma sistemləri üzrə maarifləndirərək, optimal təkliflər təqdim etməyimizə imkan yaratmaqdadır. MARKALAŞMA SEÇİM İMKANLARINI GENİŞLƏNDİRİR. İllərdir tərəfdaşlıq etdiyimiz markalara olan korporativ və fərdi münasibətimiz yerli bazarda müştərilərimizə geniş çeşidli məhsullar təqdim etməyimizə təkan verir. Bu da öz növbəsində müxtəlif təyinatlı məkanların təchizatı zamanı müştərilərimizə fərdi yanaşma etməyə şərait yaradır. Yuxarıda qeyd etdiklərimizin hər bir cümləsi şirkətimizin inkişafının ana xəttini və fəlsəfəsini təşkil etməkdədir. Başımızın yuxarı olması da, məhz gördüyümüz işlərin keyfiyyətli olması və işimizə olan sevgidən irəli gəlir. Biznes fəaliyyətinizin havada qalmaması üçün seçiminizi doğru edin.