Biz fəaliyyətimizi “Keyfiyyətli xidmət markalaşmağa gedən yolun bir hissəsidir” devizi altında birləşdirmişik. Freshair Mechanical Engineering şirkəti olaraq da xidmət keyfiyyətimizi qorumaq üçün daima aşağıdakı mərhələlərin üzərində çalışırıq:

Müştərilərimizin ehtiyac və tələblərini hərtərəfli olaraq başa düşmək;

Müştərilərimizin gözləntilərini qarşılamaq daim baş verən proseslərdən məlumatlı olmaq və qarşı tərəfi maarifləndirmək;

Riskləri analiz etmək və bununla bağlı krizis kommunikasiya planı hazırlamaq;

Yeni standartlarla bağlı təlim, tədris proqramlarında iştirak etmək;

Hər sifarişdən sonra mövcud boşluqlar və ya dəyişikliklərlə bağlı məlumatları müvafiq departamentlərin analiz etməsi üçün paylaşmaq;

Müştərilər və şirkətdaxili əməkdaşlarla olan korporativ münasibətlərin inkişaf etdirilməsi üçün təlim, tədris proqramları təşkil etmək;

Tətbiq olunmuş prosedurların şirkət daxilində hər kəs tərəfindən mənimsənilməsinə əmin olmaq.