Məqsədimiz

Maarifləndiririk

Biz satışlarımızı hər zaman maarifləndirmə üzərindən qurmağı üstün tuturuq. Bu yanaşma həm müştəri ehtiyaclarını daha yaxından analiz etməyə, həm də gələcək münasibətlərimizin inkişafına təkan verəcəyinə inanırıq.

Sağlamlıq önəmlidir

Freshair şirkəti olaraq istər fərdi, istərsə də korporativ müştərilərimizin sağlamlığı üçün çalışırıq. Biz inanırıq ki, şirkətimizin yanaşması onların həm tibbi, həm də bizneslərinin sağlam mühitdə inkişafı üçün vacib amildir.

Bazar payı

Dünyada istənilən biznes növü gəlir əldə etmək və bazar payını artırmaq məqsədilə yaradılır. Biz bu məqsədlərə çatmaq üçün sağlam rəqabət, keyfiyyətli məhsul və xidmət yollarını seçmişik. Bu xüsusiyyətləri özündə birləşdirən şirkətlərin uğur qazanacağına çox inanırıq.

Qlobal markalar

Yerli bazarda qlobal markaların nümayəndəliyi olmaq üçün hər layihədə xidmət standartlarımızı təkmilləşdiririk. Təcrübə və müşahidələrimiz göstərir ki, dünya miqyaslı markalar öz məhsullarını daha çox satana deyil, daha düzgün təqdim edən şirkətlərə üstünlük verirlər.

Dəyərlərimiz

Ekoloji yanaşma

Biz ətraf mühitin qorunması üzrə beynəlxalq təşkilat olmasaq da, öz sahəmizdə onun öhdəliklərini icra etməyə çalışırıq. Bunun üçün dünya markalarının yeni texnologiyalarını araşdırır, müştərilərə ekologiyanı qorumaq məqsədilə köhnə texnoloji vasitələrdən imtina etməyə çağırırıq.

Şəffaflıq

İstər şirkətdaxili əməkdaşlarlarla, istərsə də müştərilərimizlə olan münasibətlərimiz hava kimi şəffafdır. “Əyriyə əyri, düzə düz” prinsipi ilə işləməyin hər zaman baş ucalığı gətirdiyinin dəfələrlə şahidi olduğumuz üçün münasibətlərimizdə şəffaflıq əsas meyardır.

Fərdi yanaşma

Bu işdə fərdi yanaşma etmədən hər hansı bir məhsulu satmaq və ya xidməti göstərmək illərdi qurulmuş markanın üzərindən xətt çəkmək ilə nəticələnə bilər. Ona görə də istənilən layihədə “olar və olmazlar” meyarlarını müəyyən edib fərdi həllər təklif etməyə məcburuq.

Seçiciyik

Biz təqdim etdiyimiz məhsullarımızı hər kəsə satmağın tərəfdarı deyilik. Bu sahədə işimizi “Zər qədrini zərgər bilər” prinsipi ilə qurmağa çalışırıq ki, satdığımız məhsullara texniki dəstək xidməti göstərəndə xoşagəlməz hadisələr ilə rastlaşmayaq.