Tural Əliyev

FreshAir şirkətinin direktoru

Şirkət Rəhbərinin Müraciəti

Freshair Mechanical Engineering MMC şirkəti yerli bazar iştirakçılarına doğru xidmət göstərmək və geniş çeşidli məhsullar təqdim etmək məqsədilə yaradılmışdır.

Bu gün bazarda havalandırma, isitmə-soyutma sistemləri ilə bağlı bir çox yanlışlıqlarla üzləşirik. Məqsədimiz bu yanlışlıqları doğru mühəndislik həlləri təklif etməklə düzəltmək, bazar iştirakçılarının diqqətini doğru seçilmiş keyfiyyətli məhsullara və düzgün layihələndirmə işlərinə yönəltməkdir.

Sahənin doğru şəkildə inkişaf etməsi üçün həm beynəlxalq təcrübəni öyrənir, həm də yerli bazarda üzləşdiyimiz və öhdəsindən gəldiyimiz çətinlikləri təhlil edirik. Bu yanaşmanı sərgiləməkdə məqsədimiz fərdi və korporativ müştərilərimizi maarifləndirmək, doğru seçim etmələrinə dəstək olmaqdır.

Biz anlayırıq ki, bütün bu prosesləri sürətli və uğurlu şəkildə həyata keçirmək insan kapitalı və texnologiyaya ciddi yatırımlar tələb edir. Ona görə də bazardakı marka dəyərimizi qorumaq və möhkəmləndirmək üçün daim yeni kadrlara təlimlər keçir, onların real təcrübə keçmələri üçün cari işlərə cəlb edirik.

Ölkədə dövlətin qeyri-neft sektoruna olan dəstəyi tikinti bazarına təsiri olduğu kimi bizim sahənin genişlənməsinə təkan verməkdədir. Bu da öz növbəsində bizə bazar payını və məhsul çeşidini artırmaq üçün qlobal markaları ölkəmizə cəlb etmək üçün stimul yaradır.

Freshair şirkəti olaraq inkişaf yolumuzun kadr siyasətindən və doğru yanaşmadan keçdiyini bilirik. Bu yolda uğurla addımlamaq üçün komanda olaraq bütün gücümüzü səfərbər etməyə hazırıq.

Hörmətlə,

Tural Əliyev

FreshAir şirkətinin direktoru