Fan-coil havalandırma sistemi işləmə prinsipi borulara isti su daxil olduqda isti, soyuq su daxil olduqda isə isə məkana soyuq hava vuran cihazdır. Sistemin bu prosesi içindəki ventilyatorun köməyi ilə həyata keçirir. Borulardan keçən isti və ya soyuq maye güclü fırlanan pərlər sayəsində otağı isidə və ya soyuda bilir.
Sistem otaq termostatının idarəetmə panelləri ilə idarə olunur. Bu otaq termostatları otağın içərisində quraşdırılır və fan-coil cihazı ilə birləşdirilir. Onlar üzərindəki zondlardan otaq temperaturunu ölçməklə fan-coil qurğusunun işinə nəzarət edirlər. Fan-coil qurğularının girişlərində ümumiyyətlə iki və üç yollu motorlu klapanlar istifadə edilməsi tövsiyə olunur. Bununla həm nizamlı rejim təmin edilir, həm də enerjiyə qənaət edilir.
Fan-coil sistemlərinə xüsusilə çox bölməli binalar və kanal keçidlərinin kifayət qədər olmadığı yerlərdə üstünlük verilir. Sistemləri pəncərələrin qabağında, asma tavanların içərisində, tavanların altında və ya döşəmənin içərisində quraşdırmaq mümkündür.
Fan-coil sistemlərinin növləri:
İki Borulu Fan-Coil sistemləri
Bu sistemdə tək bobin istifadə edilərsə, sistem iki borulu fan-coil adlanır. Bu sistemlərdə paylama və toplama prosesləri iki borunun köməyi ilə həyata keçirilir. Hər bir fan-coil cihazına paylayıcı və toplama borusu quraşdırılır. Bu da bütün sistemdə isti və ya soyuq suyun dövriyyəsini mümkün edir. İki borulu Fan-coil sistemlərində isitmə və soyutma prosesləri eyni vaxtda həyata keçirilə bilməz. Sistemin soyutma prosesindən isitmə prosesinə qaytarılması xüsusi bir proses tələb edir. Bu səbəblə iki borulu Fan-coil sistemləri dəyişkən hava şəraitlərində effektv olmaya bilər.
Dörd Boruli Fan-Coil sistemləri
Burada istilik və soyutma prosesləri üçün iki ayrı spiral mövcuddur. Sistemdəki dörd borudan ikisi paylama, ikisi isə toplama prosesi üçün istifadə olunur. Hər fan-coil cihazına iki paylayıcı və iki toplama borusu quraşdırılmışdır. Paylayıcı borulardan biri isti, digəri isə soyuq su üçün istifadə olunur. Beləliklə, isti və soyuq su bir-birindən asılı olmayaraq hərəkət edə bilər. Bu da, hər bir sistemi müstəqil şəkildə isitmə və soyutmağa imkanı verir. Dörd borulu fan-coil sistemlərində istilik prosesini soyutma prosesinə çevirmək üçün ayrıca proses tələb olunmur.
Sistemin üstünlükləri
Uzun Ömürlülük
Su ilə soyudulan havalandırma sistemləri hava ilə soyudulan sistemlər kimi tez-tez dəyişdirilməsinə ehtiyac olmur. Bu sistemlərin yağış, qar və istilik kimi müxtəlif xarici təsirlərə məruz qalmadıqları üçün ömürləri daha uzun olur.
Səssiz işləmə
Hava ilə soyudulan sistemlərdə kanallar və ventilyatorlar səsli işləyirlər. Sistemdən axan su, hava ilə soyudulmuş sistemlərdə eşidilən səs-küy kimi genişlənmə və büzülməyə səbəb olmur. Bu səssiz sistemlər xəstəxana, otel və ya məktəb binaları üçün ideal seçimdir.
Enerji səmərəliliyi
Su ilə soyudulmuş sistemlər hava ilə soyudulmuş sistemlərdən 10 dəfə daha çox enerjiyə qənaət edir. Su ilə soyudulan sistemlər istiliyi daha səmərəli şəkildə ötürdüyü üçün bir çox müəssisələrin maliyyə xərclərinin azaldılmasına ciddi təsir edir.
Yerə qənaət
Su ilə soyudulan sistemlər üçün ayrıca ərazi ayırmağa ehtiyac yoxdur. Bu sistemləri binaların içərisində də quraşdırmaq mümkündür ki, bu da sahibkarlar üçün yatırım xərclərinin optimallaşdırıması deməkdir.