Hər gün müxtəlif yaşayış və qeyri-yaşayış obyeklərinə daxil olarkən mövsümə uyğun hava kütləsini hiss edirsinizsə, demək işimizi doğru şəkildə qura bilmişik.
Artıq 10 ildən çoxdur ki, insanların faydalı iş əmsalını artırmaq, olduqları yerdəki sağlamlığını qorumaq və məkanın ekoloji olaraq təmiz hava ilə təmin olunmasına nail olmaq üçün qapalı məkanları havalandırma sistemləri ilə təchiz edirik. Bu günün uzaqgörən sahibkarları daxili məkanlarda havanın ən az 1 saatlıq dövr etməməsi nəticəsində orada çalışanların halsızlıq və əmək fəaliyyətinin aşağı düşməsi ilə nəticələnə biləcəyindən məlumatlıdırlar.
Yeni dövrün çalışqan insanlarının öz sağlamlıqlarına daha məsuliyyətlə yanaşması və iş yeri seçimində məkanın ekoloji cəhətdən təmiz olması sahibkarları daha müasir havalandırma sistemlərinə müraciət etmələrinə təkan verir.
Biz də Freshair şirkəti olaraq bu tələblərdən irəli gələrək havalandırma sistemlərinin layihələndirməsi və quraşdırılması sahəsində təcrübəmizi nümayiş etdirməyə hazırıq. Bunun üçün də istənilən layihəni keyfiyyətli və müasir təhlükəsizlik standartlarına cavab verən havalandırma kompleksləri ilə mühəndislik həlləri təklif etməyə hazırıq.
Sizin qapalı məkanları necə havalandıra bilərik?
Təbii havalandırma
Bu prosesi çöldəki hava şəraitinə uyğun olaraq qapalı məkanlarda havanın aerasiyasını (oksigen ilə zənginləşdirmə) təmin etməklə həyata keçirəcəyik. Binanın damında quraşdıracağımız deflektor cihazı və ya baca vasitəsilə hava kütləsi aşağı otaqlar və yuxarı səthlər arasında atmosfer təzyiq fərqini yaradacaq. Nəticədə daxili məkandakı hava küləkdən alınan təzyiqin təsiri ilə təbii formada sirkulyasiya edəcəkdir.
Vurma havalandırma sistemi
Qapalı məkanları havanın soyuq vaxtlarında qızdırmaq, yayda isə soyuda bilmək üçün havanın içəri vurulması metodu ilə tətbiq olunan havalandırma sistemidir. Bu metodu tətbiq etməklə təmiz havanı içəri vurmaqla yanaşı vurulan havanın təyziqi hesabına içəridəki işlənmiş hava kütləsini çölə xaric edə bilirik.
Mexaniki havalandırma
Bu növ havalandırma sistemini ventilyator və hava ötürən ötürücülər vasitəsilə həyata keçiririk. Havanı uzaq məsafələrə çatdırmaq üçün seksiyalar arasında elektrik mühərriklər, hava qızdırıcıları, toz sovuranlar, avtomatika və s qurğular yerləşdiririk. Bu da öz növbəsində daxili məkanlara havanın verilməsini, uzaqlaşdırılmasını tələb olunan miqdarda və çöldəki havadan asılı olmayaraq təmin edə bilir.
Sorma havalandırma sistemi
Bu növ havalandırma sisteminin əsas funksiyası içəridə olan tozu, pis qoxunu, eləcə də dəm qazını sovuraraq kənarlaşdırmasıdır. Bu havalandırma adətən obyektin damında yerləşdirir və küləkdən qorumaq üçün qoruyucu təbəqə inşa edirik.
Mərkəzləşdirilmiş havalandırma sistemi
Bu sistem hər otaqda fərqli hava temperatur yaratmaq istəyənlər üçün ən optimal seçimdir. Hər otaq üçün çəkilmiş ayrıca xətlər həmin otaqları fərqli havalandırmağa imkan yaradır.
Təhlükəsizlik və Tüstüsovurma
Daşınmaz əmlakını qorumaq istəyən bazar iştirakçıları üçün təklif etdiyimiz bu havalandırma sistemi qapalı məkanda tüstü və zəhərli qazların lokallaşması, yanğın baş verən binalardan insanların təhlükəsiz təxliyəsi üçün nəzərdə tutulmuşdur.