Biz müştərilərimizə hər zaman bu xidməti görüləcək işin və gələcəyə qoyulacaq investisiyanın başlanğıc nöqtəsi kimi təqdim edirik. Bizim bu xidmətə daha çox fokuslanmağımızın iki əsas səbəbi vardır:
Səbəb 1: Daşınmaz əmlak sahiblərinin gələcəkdə üzləşə biləcəkləri xərc artımının ilkin mərhələdə qarşısını almaq və havalandırma sistemi quraşdırılacaq obyektlərdə çalışacaq insanların təhlükəsizliyini təmin etmək;
Səbəb 2: Yerli bazarda Freshair şirkətinin müsbət imicini qorumaq və bu marka adının hər hansı yanlış addım nəticəsində üzərinə kölgə düşməsinin qarşısını almaqdır;
Məhz yuxarıdakı səbəblərə görə həyata keçirdiyimiz layihələrdə işin detalına kimi enib, sonradan yanlış nəticələrə çıxara biləcək boşluqları aradan qaldırmağa çalışırıq. İstənilən layihədə qarşı təfərin fikirlərini dinləsək də, öz təcrübəmizə əsasən onları maarifləndirir, baş verə biləcək xoşagəlməz hadisələrlə üzləşməmələri üçün doğru istiqamətə yönləndiririk. Bütün söylədiklərimizin doğru və ya yanlış olduğunu ortaya çıxartmağın tək bir yolu isə bizə zəng edərək müvafiq suallarınızı ünvanlamaqdır.
Layihələndirmə xidmətini necə icra edirik?
Dinləyirik
Sizin layihə ilə bağlı arzu və tələbləriniz bizim üçün də maraqlıdır. Havalandırma sistemləri ilə bağlı dediyiniz hər bir detalı analiz edib, Sizinlə öz təcrübələrimizi paylaşaraq maarifləndirməyə hazırıq. İstəklərinizi dilə gətirməkdən çəkinməyin.
Layihələndiririk
Görüş zamanı istəklərinizi və təcrübələrimizə də nəzərə alaraq görüləcək işin layihəsini hazırlayıb Sizə təqdim edirik. İşin gedişatından məlumatlı olmağınız üçün qaranlıq qalan hər bir nöqtəni Sizə izah etməyə hazırıq. Suallarınızı verməkdən çəkinməyin.
Seçirik
Biz tələblərinizə cavab verən havalandırma sistemlərini də birlikdə seçməyə dəstək olacağıq. Bu işdə öz təcrübəmizi Sizinlə paylaşaraq nəyin daha yaxşı və keyfiyyətli olduğunu ətraflı şəkildə izah edib, nümunələr göstərəcəyik.
Hesabat veririk
Təhvil verdiyimiz hər bir layihə şirkətimizin imicinin göstəricisidir. Bu imicin hər zaman keyfiyyətlə assosiasiya olunması üçün quraşdırdığımız havalandırma sistemlərini yoxlayır, günün müxtəlif vaxtlarında davamlı testlər edib, nəticələri ilə bağlı hesabat veririk.