Bu gün heç kim məcbur qalmadığı halda yaşadığı binada əlində zibil sellofanı ilə liftə daxil olan biri ilə birinci mərtəbəyə kimi enmək istəmir. Bu, hal otel, ticarət və iş mərkəzləri, o cümlədən fabrik, restoran kimi qeyri-yaşayış obyektlərində də keçərlidir.
Dördüncü sənaye dövrü mühəndislərinin bu kimi insan davranışlarını analiz etməsi tullantı ayırma sistemlərinin inkişafı və təkmilləşməsi gətirib çıxartdı. Artıq tikinti sektorunda fəaliyyət göstərən şirkətlər öz müştərilərini rutinə çevrilmiş zibil atma qayğısından azad etmək üçün texnoloji həllərə üz tutdular. Biz də Freshair Mechanical Engineering MMC şirkəti olaraq yerli bazar iştirakçılarını xərclərini və problemlərini artıran ənənəvi üsullar deyil, yeni nəsil avtomatlaşdırılmış tullantı ötürmə sistemlərindən istifadə etməyə çağırırıq. Praktik həll olaraq təklif etdiyimiz tullantı ötürmə sistemi 3 mərtəbədən hündür olan köhnə və yeni binalarda tətbiq oluna bilər.
Sistemin işinizi asanlaşdıracaq əsas üstünlükləri
Mərkəzi İdarəetmə Paneli
Bu sistemdə hər şey LP 65 standartlarına uyğun mərkəzi idarəetmə panelindən idarə olunur. Sistemin istifadəsinin asan olması bütün proseslərin bir nəfər tərəfindən idarə olunmasına imkan yaradır ki, bu da bir sahibkar üçün xərclərin qənaət olunması deməkdir. Sistem proqram təminatı əsaslı olmadığı üçün yarana biləcək hər hansı bir texniki nasazlıq müvafiq texniki əməkdaş tərəfindən də aradan qaldırıla bilər.
Havalandırma sistemi
Güclü havalandırma və sensor qabiliyyətinə malik sistem borularda yarana biləcək pis qoxu və zəhərli qazların avtomatik olaraq xaric olunmasını təmin edir. Operator sistemin mərkəzi idarə etmə paneli vasitəsilə bu prosesi sürəti yavaş, orta və sürətli rejimdə tənzimləyə bilir. Sistemə quraşdırılmış xüsusi fanlar pis qoxuların təmizlənməsi prosesini səssiz və titrəmədən həyata keçirməyə imkan yaradır.
Təmizləmə Sistemi
Bu sistem özü-özünü təmizləyir. Boruların aşağı və yuxarı hissələrində mərkəzi idarəetmə paneli vasitəsilə idarə olunan motorlu fırçalar yerləşdirilmişdir. Sistemdə tullantı borusunun təmizlənməsi üçün borunun yuxarı hissəsində kimyəvi yuyucu vasitələr üçün çən nəzərdə tutulmuşdur. Təmizləmə vaxtı və yuyucu vasitənin istifadə miqdarı operatorun dəstəyi ilə istəyə uyğun olaraq tənzimlənə bilər. Təmizləmə zamanı sistem bütün zibil qapılarını avtomatik olaraq bloklaya bilir.
Amortizasiya xərci
Qurulmuş sistemin amortizasiya xərcləri yaşayış obyektində sakinlərin ödədiyi aylıq abunəlik əsasında həyata keçirilir. Bu da öz növbəsində sistemin alınmasına yatırım etmiş sahibkarın ödədiyi vəsaitin qısa müddət ərzində geri dönüşü deməkdir.
Səs İzolyasiyası
Bu sistemin boruları zibilin atılması zamanı səsin yayılmasını minimuma endirir. Buna səbəb boruların paslanmaz nerjdən hazırlanması, o cümlədən onun xarici səthlərinə 1.7kq/ kvadrat metr və 2 mm qalınlığında səs izolyasiya boyasının vurulmasıdır və ya daşyunundan istifadə olunmadır.