KONDİSİONERLƏR SAĞLAMLIQ ÜÇÜN ZƏRƏRLİDİR?

KONDİSİONERLƏR SAĞLAMLIQ ÜÇÜN ZƏRƏRLİDİR?

BƏS NƏ ETMƏLİYİK?

Yay aylarında kondisionerlər həyat şəraitimizi rahatladıraraq motivasiyamızı artırır.

Bununla birlikdə kondisionerlərin bir sıra zərərləri də var. Bu zərərlərin səbəbi əsasən kondisionerlərin səhv isdifadəsidir.

İsti günlərdə məkan daxilində və bayırdakı hava fərqi bədən müqavimətini aşağı salır. Bu da virus infeksiyaların çoxalmasına səbəb olur.

Kondisionerlərin içində olan nəm şərait bakteriyaların yaşaması və çoxalması üçün əlverişlidir. Kondisionerləri ilk işə saldıqda, filtrində toplanan bakteriyalar havayla birlikdə otağa yayılır. Bu bakteriyalar ağciyərdə yerləşib sətəlcəmə yol açır. Buna görə kondisioner filtrlərinin xüsusi qaydalara uyğun və müəyyən vaxtlarda təmizlənməsi vacib şərtdir. Kondisionerdən yanlış istifadə əzələ tutulması, beyin iltihabı və üz iflici kimi narahatlıqların səbəb olduğu “Lejyoner” xəstəliyinə yol açır.

Ortaya çıxacaq xəstəliklərlə baş etmək və zərərlərinin önünə keçmək üçün kondisionerlərdən istifadə edərkən bir neçə vacib qaydaya diqqət yetirməniz lazımdır. Beləcə həm sağlamlığınızı, həm də iş mühitinizin təhlükəsizliyini qoruyarsınız.

  • Kondisionerin havanı birbaşa üzərinizə üfürəcəyi yerdə oturmayın.
  • Kondisioneri hava axınının rahat təmin ediləcəyi bir yerə quraşdırın.
  • Xarici mühit ilə kondisionerli mühitinin istilik fərqini 6-8 ° olaraq nizamlayın.
  • Nəm səviyyəsini  50% olaraq seçin.
  • Kondisioneri tez-tez açıb söndürməyin. Uyğun bir sərinlik səviyyəsində davamlı işlədin.
  • Davamlı kondisioner işləyən mühitdə oturmayın, arabir açıq havaya çıxın.
  • Ofisin və ya mənzilin havalanmasını təmin edin.
  • Yay və qış mövsümlərindən əvvəl kondisionerinizin baxımını və filtr dəyişmələrini nizamlı olaraq etdirin.

Kondisionerin zərərli təsiri zamanı öskürək, qızdırma, yorğunluq kimi əlamətlərlə qarşılaşırsınıza, bunu qriplə qarışdırmaq olmaz. Mütləq həkimə müraciət edib antibiotik müalicəsi almalısınız.

Spread the word. Share this post!

Leave Comment

Your email address will not be published. Required fields are marked *