Kondisionerlər xəstəlik mənbəyi ola bilər!

Kondisionerlər xəstəlik mənbəyi ola bilər!
Kondisionerlərin müxtəlif xəstəliklərə səbəb olduğu artıq bilinən bir gerçəkdir. Ancaq hansı vəziyyətlərdə, necə xəstəliklərə səbəb olduğu, xəstəliklərin qarşısının necə alınması həmişə müzakirə mövzusu olmuşdur. Bir digər bilinən gerçək isə baxımsız kondisionerin zərərlərinin qaçınılmaz olduğudur. Kondisioner mütəxəssislərinin xəbərdarlığı da periodik baxımı olunmayan kondisionerlərin sağlamlıq problemləri yaratmasıdır.
Bundan başqa istilik və soyutma dəyərlərini yanlış tənzimləmə, gigiyena şərtlərinə əməl etməmək, xroniki narahatlıqlara səbəb olur. Tozlu hava tənəffüs etmək, pis qoxuların məkana yayılması, insanların birbaşa yüksək hava axınına məruz qalması insanlarda Baş ağrısı, Xroniki yorğunluq, Sinüzit, Allergiya, Üz iflici, Lejyoner, Astma, Sətəlcəm, Göz narahatlıqları və başqa xəstəliklərə səbəb ola bilər.
Bu kimi xəstəliklərə gətirib çıxarmaması üçün kondisionerlərin baxımı və texniki servisini nizamlı olaraq etdirmək vacib şərtdir.
Lejyoner xəstəliyinə diqqət!
Lejyoner xəstəliyi ilk dəfə 1976-ci ildə Pensilvaniya Lejyonerlerinin bir iclasında iştirak edənlərdə müşahidə edilmiş və iclas salonundakı havalandırma sisteminin səbəb olduğu müəyyənləşdirilərək bu adı almışdır. Lejyoner xəstəliyi, Legionelle Pneumophilia adlı bir bakteriyanın səbəb olduğu bir xəstəlikdir.
Kondisionerlərin filtr sistemlərində yer alan bu bakteriya çoxalaraq məkana yayılaraq xəstəliyi törədir. Ümumiyyətlə ən çox otel və xəstəxanalarda qarşılaşılan lejnoyer xəstəliyindən, səhiyyə personalları və havalandırma işlərində işləyənlər çox əziyyət çəkir.
Şəkər xəstələri, alkoqoliklər, kimyaterepiya xəstələri, xroniki böyrək və ağciyər xəstəliyi olan kəslərdə meydana gəlməsi daha yüksək nisbətlərdə olan bu xəstəliyə tutulmamaq üçün birbaşa hava axınına məruz qalmamaq lazımdır.
Əgər quru öskürək, ürəkbulanma, qusma, ishal, konsentrasiya pozğunluğu kimi simptomlarla qarşılaşsanız bunu Lejyoner xəstəliyinin əlamətləri hesab edib, dərhal həkiminizə müraciət edərək bir sağlamlıq mərkəzinə getməlisiniz. Uşaqlarınızı da bu hallardan qorumaq üçün diqqətli olmalısınız.
Ürək xəstəliyi olanlar diqqət!
İstilik dərəcəsində ani dəyişikliklər tənəffüs və qan dövranı sistemlərinə ciddi təsir edir. Qan damarlarımızdakı sıxılmalar da özümüzü xəstə hiss etməyimizə səbəb olur. Bu vəziyyət xüsusilə xroniki ürək, ağciyər və şəkər xəstəliyi olan yaşlı insanlara mənfi təsir edir.
Astma xəstəliyi olan uşaqlarınızı kondisionerlərdən uzaq tutun!
Mütəxəssislər astmalı uşaqların kondisionerlərin hava axışından uzaq tutmaq gərəkdiyini söyləyirlər. Həddindən artıq soyuq hava ilə üzləşən uşaqların ciyərlərində zədələnmə meydana gələ biləcəyi üçün sətəlcəm və sinüzit riski artır. Bu səbəblə xüsusilə astması olan uşaqlarınızı uzun müddət kondisionerli mühitdə saxlamayın.
Nə etmək lazimdir?
Kondisioner xəstəlikləri ilə mübarizə aparmaq üçün əvvəlcə düzgün həcmli məhsul almaq lazımdır. Ehtiyacınızdan daha böyük bir kondisioner alsanız həm sağlamlığınız həm də büdcəniz zərər görər. Yuxarıda da qeyd etdiyimiz kimi kondisionerlərin texniki yardım və baxımlarını nizamlı etdirməli və filtrləri təmizlətməlisiniz.
Boruları 3-4 ildə bir təmizlətməli, daxili və xarici mühit istilik arasındakı fərqin 6 dərəcəni keçməməyinə diqqət etməlisiniz.
Konfortdan əvvəl sağlamlıq nəzərə alınmalıdır. Baxımsız kondisionerlərin iş yeri və evlərinizdə istifadə etməməyə diqqət göstərməlisiniz.

Spread the word. Share this post!

Leave Comment

Your email address will not be published. Required fields are marked *