HAVALANDIRMA SİSTEMİ VƏ ONUN ƏHƏMİYYƏTİ

HAVALANDIRMA SİSTEMİ VƏ ONUN ƏHƏMİYYƏTİ

Bir iş və ya yaşayış mühitinin yaxşı havalandırılması mütləq lazımlıdır. Havalandırma, ətraf mühitdəki zəhərli havaya qarşı qoruma funksiyasını həyata keçirir. Keyfiyyətli bir havalandırma sistemi konfortlu bir iş və yaşayış mühiti deməkdir.

Düzgün qurulmuş bir havalandırma sistemində, bir mühitdə olan təhlükəli qazlar yayıldığı yerdən uzaqlaşdırılır və insan həyatı üçün çox lazımlı olan yeni tənəfüs mühiti yaradılır.

Havalandırma sistemlərinin texniki baxımı da olduqca əhəmiyyətlidir. Filtr və boruların təmizliyi daim edilməlidir. Hər hansı bir çatışmazlıq və problem yaranarsa avtomatik elektrik kəsintisi sistemi tədbiq edilməlidir.

Havalandırma sisteminin nə qədər təsirli işlədiyini bilmək üçün o mühitdən hava nümunələri alınmalı, test edilməli və standartlarla müqayisə edilməlidir.

Havalandırma sistemləri, bir müəssisənin yaşayış keyfiyyətinin artırıla bilməsi üçün ən əhəmiyyətli faktorlardandır. Tənəffüs edilən hava nə qədər yaxşı olarsa insanların iş performansları və sağlam həyat standartları o qədər yüksək olar.

Müasir dövrdə çox mərtəbəli ya da çox geniş sahələri əhatə edən tikililər inşa edilir. Bu tikililərin içərisində insanların rahat bir şəkildə hərəkət etməsi və içəridəki havanın təzəliyini qoruması üçün havalandırma sistemləri quraşdırılır. Bu layihələri tikinti sektorunda mexaniki layihələr arasında saya bilərik. Böyük ticarət mərkəzləri, anbarlar, çox mərtəbəli binalar üçün bu layihələr olduqca vacibdir.

İnsanlar, uzun müddət bir mühitdə qaldıqları zaman, tənəffüs yolu ilə içəridəki havaya Karbon qazı (CO2), tərləmə yolu ilə də nəm və bədənlərindən pis qoxulu toksinləri verir. Zaman keçdikcə hava ağırlaşır. Bundan başqa, əşya və materiallar da ətrafa qoxu yayaraq havanın ağırlaşmasına səbəb olur. Dünya Standartlarına görə, insanların olduğu mühitdə Karbon 3/10000 nisbətini keçməməlidir. Nəm isə  50 % səviyyələrində olması lazımdır.

Spread the word. Share this post!

Leave Comment

Your email address will not be published. Required fields are marked *