DÜZGÜN İQLIM ŞƏRAİTİ SAĞLAMLIQ VƏ ƏMƏYİN SƏMƏRƏLiYİ DEMƏKDIR

Havalandırma sistemləri binadakı istilik və soyutmanı, bina istifadəçilərinin ehtiyacını nəzərə alaraq təmin edən sistemlərdir. Havalandırma sistemləri bir mənada isitmə, soyutma və nəmləndirmə baxımından binanın rahatlığını təyin edən elementlər olmaqla böyük əhəmiyyət kəsb edir.

Havalandırma sistemləri qapalı obyektlərdə zərərli maddələrin aradan qaldırılması və eləcə də oraya təmiz havanın vurulması üçün nəzərdə tutulmuşdur. Əlavə olaraq havalandırma sistemləri daxil olan havanın təmizlənməsini və isidilməsini təmin edir. İnsanların daha zəruri qəbul etdikləri kondisionerlərdən fərqli olaraq havalandırma sistemlərini istənilən proektli yaşayış binalarına və ofislərə quraşdırmaq mümkündür.

Beləki, qapalı obyektlərdə və mənzillərdə oksigenin azalması halsızlıq və əmək fəaliyyətinin azalmasına səbəb olur və havanın ən az 1 saatlıq dövrlə dəyişdirilməsi tələb olunur. Buna görə də müasir şəraitdə havalandırma sistemləri optimal həyat və iş şəraitinin yaradılması üçün vacib amildir. Son illər havalandırma sistemlərinə olan tələblər əsaslı şəkildə dəyişməyə başlamışdır. İnsanlar öz sağlamlıqlarına daha məsuliyyətli yanaşır və həyat eləcədə iş şəraitlərinin ekoloji cəhətdən təmiz olmasına çalışır. Heç kim üçün sirr deyil ki, insanın sağlamlığı və əmək səmərəliliyi onun mövcud olduğu yerin atmosfer və iqlim şəraitindən birbaşa asılıdır. Bununla da müasir havalandırma sistemlərində yeni keyfiyyətin meydana çıxmasına zərurət yaranmışdır.

MƏNZİLLƏRİN HAVALANDIRILMASI

Hazırda havalandırma mənzillərdə komfortlu və təmiz havanın təşkilinin ayrılmaz hissəsidir. Müasir Tikinti texnologiyaları və plastik pəncərələr içəriyə təmiz havanın daxil olmasını imkansız edir. Ekoloji vəziyyət və bayırda olan səs-küy bu açıq pəncərə ilə havalandırmanın əlverişsiz olduğunu göstərir. Kondisionerlərin mənzilləri havalandırması ilə bağlı fikirlər isə tamamilə yalnışdır. Kondisionerlər otaq temperaturunu tənzimləyir, otağın havasının dəyişməsi havalandırma sisteminin işidir. Havalandırma sistemi olmadan yalnız kondisionerlərdən istifadə yalnız “bürkülü sərinlik” yaradır. Baxmayaraq ki nəfəs almaq asanlaşır havada yenə də oksigen çatışmazlığı olur və bu halsızlıq yaradır həmçinin ümumilikdə sağlamlığa mənfi təsir edə bilir. Buna görə də otaqda həm kondisionerin həm də havalandırma sisteminin olması daha məqsədə uyğundur. Havalandırma sistemi otağı daha təzə, təmiz və oksigenlə bol olan hava ilə təmin edir, kondisioner isə onu soyudaraq daha komfortlu mühit yaradır. Mənzillər üçün daha əlverişli havalandırma Vurma havalandırma sistemidir. Vurma havalandırma sistemi daxil olan havadan nəinki tozu, eləcə də hava ilə birlikdə gələ biləcək pis qoxu və zərərli qazları təmizləyir. Təmizləndikdən və lazım gələrsə qızdırıldıqdan sonra hava otağa vurulur, işlənmiş hava isə vurulan havanın içəridə yaratdığı təyziq hesabına mətbəxdə olan təbii havalandırma sistemləri və sanitar havalandırma sistemləri vasitəsi ilə kənar edilir.

OFİSLƏRİN HAVALANDIRILMASI

Müxtəlif inzibati binaların ofislərində fərqli normativlərə malik iş mühitləri mövcuddur. Ayriliqda hər bir ofis işçisinə 50 kubmetr/saat təmiz hava lazımdır.İşçi heyyətinin sağlamlığı, əhval-ruhiyyəsi, əmək qabiliyyətliliyi ofis yerlərinin havandırmasından da asılıdır. Nəzərə alsaq ki, adətən, ofis binaları icarə olur və əksər hallarda havalandırma sistemi mövcud olmur, buraya yüksək güclü havalandırma sistemlərinin çəkilməsi məqsədəuyğun deyil. Buraya sökülməsi və yığılması rahat olan tək otaqlar üçün kompakt havalandırma sistemi quraşdırmaq daha məqsədə uyğundur. Ofis yerinin dəyişməsi zamanı bu havalandırma sistemini  qısa bir müddətdə söküb, yeni ofisə quraşdırmaq mümkündür. Həmçinin nəzərə alsaq ki, ofislərin əksər hissəsi şəhərlərdə yerləşir, buraya daxil olan havanın yalnız tozdan deyil ələcə də zərərli qazlardan təmizləmə funksiyası olan havalandırma sistemi tələb olunur.

Spread the word. Share this post!

Leave Comment

Your email address will not be published. Required fields are marked *