Havalandırma sistemlərinin layihələndiriliməsi, quraşdırılması və servisi:

Havalandırma sistemləri binadakı istilik və soyutmanı, bina istifadəçilərinin ehtiyacını nəzərə alaraq təmin edən sistemlərdir. Havalandırma sistemləri bir mənada isitmə, soyutma və nəmləndirmə baxımından binanın rahatlığını təyin edən elementlər olmaqla böyük əhəmiyyət kəsb edir.
Havalandırma sistemləri qapalı obyektlərdə zərərli maddələrin aradan qaldırılması və eləcə də oraya təmiz havanın vurulması üçün nəzərdə tutulmuşdur. Əlavə olaraq havalandırma sistemləri daxil olan havanın təmizlənməsini və isidilməsini təmin edir.İnsanların daha zəruri qəbul etdikləri kondisionerlərdən fərqli olaraq havalandırma sistemlərini istənilən proektli yaşayış binalarına və ofislərə quraşdırmaq mümkündür.

Beləki, qapalı obyektlərdə və mənzillərdə oksigenin azalması halsızlıq və əmək fəaliyyətinin azalmasına səbəb olur və havanın ən az 1 saatlıq dövrlə dəyişdirilməsi tələb olunur. Buna görə də müasir şəraitdə havalandırma sistemləri optimal həyat və iş şəraitinin yaradılması üçün vacib amildir. Son illər havalandırma sistemlərinə olan tələblər əsaslı şəkildə dəyişməyə başlamışdır. İnsanlar öz sağlamlıqlarına daha məsuliyyətli yanaşır və həyat eləcədə iş şəraitlərinin ekoloji cəhətdən təmiz olmasına çalışır. Heç kim üçün sirr deyil ki, insanın sağlamlığı və əmək səmərəliliyi onun mövcud olduğu yerin atmosfer və iqlim şəraitindən birbaşa asılıdır. Bununla da müasir havalandırma sistemlərində yeni keyfiyyətin meydana cıxmasına zərurət yaranmışdır.

Şirkət havalandırma sistemlərinin layihələndirməsi və quraşdırılması sahəsində təcrübəsinə əsaslanaraq istənilən proyektli tikililərin yüksək keyfiyyətli müasir təhlükəsizlik normalarına cavab verən avadanlıqlarla havalandırmasının kompleks həllini təklif edir. Layihənin realizasiyası zamanı  müştərilərimizə müxtəlif qiymətli markaların seçimi imkanı yaradırıq.

Havalandırma sistemləri aşağıdakı meyarlara görə təsnif olunur:

*Havanın hərəkət etdirilməsi üsuluna görə: Təbii və mexaniki

*Təyinatına görə : Vurma və sorma

*Hava dəyişimini təmin etməsinə görə: Ümumidəyişmə, təhlükəsizlik, tüstüsovurma

*Dizayn və quruluşuna görə: Kanal və Kanalsız

Təbii havalandırma – Təbii havalandırma zamanı havanın hərəkət etməsi aşağıda göstərilənlərə uyğun aparılır:

Çöldə və içəridə (otaqlarda) hava hərarətinin təfavütünün, yəni aerasiya adlanan prosesin yaranmasınəticəsində yaranan havalandırma.

Atmosfer sütununun aşağı (otaqlar) və yuxarı səthləri (binanın damında quraşdırılan deflektor cihazı vasitəsilə) arasında təzyiq fərqinin yaranması nəticəsində yaranan havalandırma.
Küləkdən alınan təzyiqin təsiri nəticəsində yaranan havalandırma

Mexaniki havalandırma – Havalandırmanın bu növü ventilyator və havaverən maşınların istifadəsilə aparılan məcburi havalandırma sistemidir. Mexaniki havalandırma sistemlərində havanı uzaq məsafələrə hərəkət etdirən avadanlıq və cihazlardan istifadə edilir, onların arasında ventilyatorlar, elektrik mühərriklər, hava qızdırıcıları, toz sovuranlar, avtomatika və s. var və onlar böyük miqdarda elektrik enerjisi sərf edə bilirlər. Müəyyən olunan məkandan havanın verilməsini və uzaqlaşdırılmasını tələb olunan miqdarda və ətraf mühitin dəyişən vəziyyətindən asılı olmayaraq təmin edə bilir.

Vurma havalandırma sistemi – Qışda qıza bilməsi yayda isə soyuya bilməsi mümkün olacaq qədər havanın içəri vurulmasını təmin edən havalandırma sistemidir. Bu havalandırma sistemi təmiz havanı içəri vurmaqla yanaşı vurulan havanın təyziqi hesabına içəridə olan işlənmiş hava xaric edir.

Sorma havalandırma sistemi – Sorma havalandırma sisteminin əsas funksiyası içəridə olan tozu, havanın tərkibində olan zərərli qarışımları,pis qoxunu eləcə də dəm qazını sovuraraq kənar edilməsidir. Bu havalandırma adətən damda yerləşdirilir. Bu havalandırma sistemini küləkdən qorumaq üçün adətən qoruyucu təbəqə inşa edilir.

Ümumidəyişmə havalandırma sistemi – İşlənmiş havanın sovurulmasının və təmiz havanın vurulmasınının mütəşəkkil axınını təşkil edir. Hava dəyişimi hər otaq üçün ayri xətlə həyata keçirilir və dəyişim zamanıotaqların havaları bir birinə qarışmır. Bu istənilən təyinatlı otaqların havasının dəyişdirilməsinin ən optimal və əlverişli formasıdır.

Təhlükəsizlik və Tüstüsovurma – Tüstüdən müdafiə sistemlərinin əsas məqsədlərindən biri tüstü və zəhərli qazların lokallaşması, təxliyə yollarının boşaldılması və yanğının yarandığı binalardan insanların təhlükəsiz təxliyəsini təmin etməkdir. Alovlanma və binalarda tüstünün yayılması bir çox hallarda insanların tələf olmalarına və əmlaklarının çox hissəsinin itirilməsinə səbəb olur.