İsitmə sistemlərinin layihələndiriliməsi, quraşdırılması və servisi:

  • Qazanxana sistemi

Qazanxana qurğuları

Verilmiş parametrli isti su və ya buxarın alınması məqsədi ilə yanacağın kimyəvi enerjisinin istilik enerjisinə çevrilməsi üçün nəzərdə tutulmuş qazanxana üçün avadanlıq kompleksi qazanxana qurğuları adlanır.

Təyinatından asılı olaraq aşağıda qeyd edilmiş qazanxana qurğuları var:

  • İsidici qazanxana qurğuları – istilik, ventilyasiya və istisu ilə təchiz etmə sistemlərinin istiliklə təmin edilməsi üçün;
  • İsidici-istehsalat qazanxana qurğuları – istilik, ventilyasiya, istisu ilə təchiz etmə və texnoloji su ilə təmin etmə sistemlərinin istiliklə təmin edilməsi üçün;
  • istehsalat qazanxana qurğuları – texnoloji istiliklə təchizetmə üçün.

Qazanxana qurğusu qazanxana aqreqatından, köməkçi mexanizm və qurğulardan ibarətdir.

Qazanxana aqreqatına odluq qurğu, barabanlı boru sistemi, buxar qızdırıcısı, su ekonomayzeri, hava qızdırıcısı, həmçinin xidmət göstərmək üçün pilləkənli və körpülü karkas, hörgü, qaz çıxışı borusu və armaturlar daxildir.

Yardımçı mexanizm və qurğulara tüstü soran və körüklü ventilyatorları, doydurucu, su hazırlayıcı və toz hazırlayıcı qurğuları, yanacaqverici, kül təmizləmə (sərt yanacağı yandıran zaman) sistemlərini, mazut təsərrüfatını (maye yanacağı yandıran zaman), qaz tənzimləyici stansiyanı (qazabənzər yanacağı yandıran zaman), nəzarət-ölçü cihazlarını və avtomatikasını aid edirlər.

İsitmə, istehsalat-texniki və texnoloji məqsədlər üçün isti su və ya buxar alma prosesində su, yanacaq və havadan istifadə edilir (işçi cismi sudur).

Sənayedə, kənd və kommunal təsərrüfatında müxtəlif növ qazanlardan istifadə edilir.

  • Buxar qazanıiçində yandırılan yanacaq məhsulları ilə qızdırılan və qazanxana qurğusunun xaricində istifadə olunan, buxarın atmosfer təzyiqindən yüksək təzyiqdə alınması üçün nəzərdə tutulan qızdırıcı qurğudur.
  • Su qızdırıcı qazan – elə yuxarıda qeyd edilən qurğu kimidir, amma buxarın atmosfer təzyiqindən yüksək təzyiqdə olan və qazanxana qurğusunun xaricində istilik daşıyıcısı qismində istifadə olunan suyun qızdırılması üçün nəzərdə tutulub.
  • Qazan-utilizator– istilik mənbəyi kimi texnoloji prosesin isti qazlarını istifadə edən buxar və ya su qızdırıcı qazandır.
  • Qazanboyler– buxar sahəsində qazan xaricində istifadə edilən suyun qızdırılması üçün qurğunun yerləşdirildiyi buxar qazanıdır, təbii dövriyyədə isə ayrıca boyler qoşulub.