Tez-tez verilən suallar
Ən çox verilən suallara cavablar. Sualınızın cavabını tapmadınızsa, bizə yazın.
Hansı xidmətləri göstərirsiniz?
Havalandırma, VRF, split və multi split kondisioner, mərkəzi istilik, fan-coil, chiller, soyuducu anbar və tullantı şutu sistemlərinin layihələndirilməsi və quraşdırılması, həmçinin texniki dəstək və servis.
Hansı binalarda işləyirsiniz?
Yaşayış və qeyri-yaşayış binalarında: evlər, ofislər, məktəblər, otellər, ticarət mərkəzləri, restoranlar, xəstəxanalar və sənaye obyektləri.
Havalandırma ilə kondisioner eyni şeydirmi?
Xeyr. Havalandırma otağa təmiz hava verir və işlənmiş havanı çıxarır. Kondisioner isə havanın temperaturunu idarə edir. Sağlam məkan üçün çox vaxt hər ikisi lazımdır.
VRF ilə split sistemin fərqi nədir?
Split bir və ya bir neçə otaq üçündür, multi splitdə bir xarici bloka 8-ə qədər daxili blok qoşulur. VRF çox otaqlı binalar üçün mərkəzi sistemdir: 64-ə qədər daxili blok, hər otaqda ayrıca temperatur.
Mövcud binada VRF quraşdırmaq olarmı?
Bəli. VRF sistemləri həm yeni tikilən, həm də mövcud binalarda quraşdırılır.
Fan-coil sistemi nə vaxt seçilir?
Çox otaqlı binalarda və kanal çəkmək çətin olan məkanlarda. Fan-coillər chiller və ya qazanla işləyir, dörd borulu sistemdə hər zona müstəqil isidilir və ya soyudulur.
Tullantı şutu hansı binalara quraşdırılır?
3 mərtəbədən hündür yeni və köhnə yaşayış binalarına, otellərə, ticarət və biznes mərkəzlərinə. Quraşdırma xərci sakinlərin aylıq abunə haqqı ilə geri qayıda bilər.
Layihə nə qədər vaxt aparır?
Obyektin ölçüsündən və sistemdən asılıdır. Tamamlanmış layihələrimiz 20 ilə 45 iş günü arasında icra olunub.
Qiymət necə müəyyən olunur?
Qiymət obyektin ölçüsündən, sistemin növündən və seçilən avadanlıqdan asılıdır. Dəqiq qiyməti layihələndirmədən sonra təqdim edirik.
Quraşdırmadan sonra dəstək verirsinizmi?
Bəli. Nasazlığı analiz edir, sizə izah edir, aradan qaldırır və test edirik. Sonra bir həftə ərzində sistemin vəziyyətini sizinlə yoxlayırıq.
Hansı brendlərlə işləyirsiniz?
Mitsubishi Electric, Daikin, AUX, Midea, Kapella, Vents, Bahçıvan, Activent və AzEstetik Group.
Təlim mərkəzinə necə qoşulmaq olar?
Əlaqə səhifəsindəki formada "Təlim mərkəzi"ni seçin və müraciət edin.
Sizinlə necə əlaqə saxlaya bilərəm?
+994 50 212 86 70, +994 50 299 74 73 və ya info@freshair.az. Ofisimiz: Bakı, Ağ şəhər, Mərkəzi Bulvar küçəsi 6.

Komfortlu məkanı birlikdə quraq
Obyektiniz haqqında yazın və ya zəng edin. Mühəndislərimiz uyğun həlli təklif etsin.
Müraciət et

