Texniki dəstək xidməti
Quraşdırılmış sistemlərin uzun və problemsiz işləməsi üçün.
Hazırda 150-dən çox yaşayış və qeyri-yaşayış binasında müxtəlif təyinatlı havalandırma sistemlərinə texniki dəstək göstəririk. Məqsədimiz quraşdırılmış sistemlərin uzun müddət problemsiz işləməsi və yerli biznes sahiblərinin havalandırma problemlərinin həllidir. Hər xidmətdən toplanan məlumatları təhlil edib dəstəyimizi təkmilləşdiririk.
Necə işləyirik
Baş çəkib, analiz edirik
Sistemin modelini və problemi qısa təsvir etməyiniz kifayətdir. Əvvəlki sifarişlərin məlumatına əsasən ehtimal olunan səbəbi gəlmədən təxminən 70% dəqiqliklə müəyyən edirik.
Məlumatlandırıb, iş görürük
Nasazlığı və həll yolunu izah edirik, qərarınızdan sonra dərhal bərpaya başlayırıq.
Həll edib, test edirik
Nasazlığı aradan qaldırır, sistemi müxtəlif üsullarla yoxlayırıq.
Nəzarətdə saxlayırıq
Bir həftə ərzində müəyyən vaxtlarda sizinlə əlaqə saxlayıb sistemin vəziyyətini soruşuruq.

Komfortlu məkanı birlikdə quraq
Obyektiniz haqqında yazın və ya zəng edin. Mühəndislərimiz uyğun həlli təklif etsin.
Müraciət et

