Təmiz hava və komfortlu iqlim hər fəsildə

Daxili məkanda özünüzü rahat hiss edirsinizsə, deməli havalandırma sistemi düzgün qurulub. Biz də məhz bunu edirik.

  • 10 ildən artıq təcrübə
  • 112 tamamlanmış layihə
  • Mitsubishi Electric tərəfdaşı
Mebel salonunda çilçıraq yanında kaset tipli daxili blok
Havalandırma sistemləriVRF kondisionerMərkəzi istilikSoyuducu anbarlarFAN-COIL və CHILLERTexniki dəstək
Havalandırma sistemləriVRF kondisionerMərkəzi istilikSoyuducu anbarlarFAN-COIL və CHILLERTexniki dəstək
Mühəndislik həlləri

İstidə sərinlik, soyuqda istilik

FreshAir Mechanical Engineering yaşayış və qeyri-yaşayış binaları üçün havalandırma, kondisioner, istilik və soyutma sistemlərini layihələndirir, quraşdırır və onlara texniki dəstək göstərir. Hər obyekt üçün ayrıca həll hazırlayır, qlobal markalarla işləyirik.

Bütün xidmətlər
Bloq

Split, VRF, yoxsa chiller: binanız üçün hansı sistem uyğundur?

Seçim binanın ölçüsündən, otaqların sayından və istismar xərclərindən asılıdır.

Oxu

Layihələrimiz

Tamamlanmış layihələrimiz. Hər birində layihələndirmədən təhvilə qədər bütün mərhələləri öz komandamız icra edib.

Necə işləyirik

Layihələndirmədən təhvilə qədər sadə və şəffaf proses.

  1. Dinləyirik

    İstək və tələblərinizi təhlil edir, təcrübəmizi bölüşürük.

  2. Layihələndiririk

    Görüşdən sonra istəklərinizi və təcrübəmizi nəzərə alan layihə hazırlayır, aydın olmayan məqamları izah edirik.

  3. Seçirik

    Tələblərə cavab verən sistemləri birlikdə seçir, keyfiyyət fərqlərini nümunələrlə göstəririk.

  4. Hesabat veririk

    Quraşdırılmış sistemi günün müxtəlif saatlarında yoxlayır və nəticələr barədə hesabat təqdim edirik.

Rəhbərin sözü

Biz susaq, təcrübə danışsın.

“Bazarda havalandırma, isitmə və soyutma sistemləri ilə bağlı hələ də çox yanlış təsəvvürlər var. Bizim işimiz düzgün layihələndirmə və keyfiyyətli məhsullarla bu təsəvvürləri dəyişməkdir.”

Tural ƏliyevFreshAir Mechanical Engineering MMC-nin Təsisçi və Direktoru
Suallar

Suallarınızın cavabı.

Havalandırma ilə kondisioner eyni şeydirmi?

Xeyr. Havalandırma otağa təmiz hava verir və işlənmiş havanı çıxarır. Kondisioner isə havanın temperaturunu idarə edir. Sağlam məkan üçün çox vaxt hər ikisi lazımdır.

VRF ilə split sistemin fərqi nədir?

Split bir və ya bir neçə otaq üçündür, multi splitdə bir xarici bloka 8-ə qədər daxili blok qoşulur. VRF çox otaqlı binalar üçün mərkəzi sistemdir: 64-ə qədər daxili blok, hər otaqda ayrıca temperatur.

Layihə nə qədər vaxt aparır?

Obyektin ölçüsündən və sistemdən asılıdır. Tamamlanmış layihələrimiz 20 ilə 45 iş günü arasında icra olunub.

Quraşdırmadan sonra dəstək verirsinizmi?

Bəli. Nasazlığı analiz edir, sizə izah edir, aradan qaldırır və test edirik. Sonra bir həftə ərzində sistemin vəziyyətini sizinlə yoxlayırıq.

Başlamağa hazırsınız?

Komfortlu məkanı birlikdə quraq

Obyektiniz haqqında yazın və ya zəng edin. Mühəndislərimiz uyğun həlli təklif etsin.

Müraciət et