Şirkət haqqında

Havalandırma, kondisioner, istilik və soyutma sistemlərini layihələndirir, quraşdırır və onlara dəstək veririk.

FreshAir Mechanical Engineering MMC yaşayış və qeyri-yaşayış binaları üçün havalandırma, kondisioner, istilik və soyutma sistemlərini layihələndirir, quraşdırır və onlara texniki dəstək göstərir. Məqsədimiz sadədir: istidə sərinlik, soyuqda istilik, hər mövsümdə rahat və təhlükəsiz məkan.

Mebel salonunda kaset tipli daxili blok

Biz hər zaman yuxarı baxırıq

Bazardakı mövqeyimizi əməkdaşlarımıza və texnologiyaya etdiyimiz investisiyalar müəyyən edir. Sahədəki beynəlxalq yenilikləri izləyir, hər obyekt üçün optimal həll və məsləhət təklif edirik.

Topladığımız təcrübəyə əsasən hər obyekt üçün fərdi mühəndis həlli təklif edirik. İstəyinizə görə yerində ödənişsiz texniki baxış keçirir və ilkin layihə hazırlayırıq.

Biz susaq, təcrübə danışsın

Bu günə qədər 50-dən çox fərdi yaşayış obyektində və 250-dən çox kommersiya obyektində mühəndislik həllərimizi tətbiq etmişik.

Markalaşma seçim imkanlarını genişləndirir

Qlobal markalarla uzunmüddətli tərəfdaşlığımız geniş məhsul seçimi və hər məkana uyğun fərdi xidmət imkanı verir. Biznesinizin havada qalmaması üçün seçiminizi düzgün edin.

Tavan boyunca spiral kanallar və diffuzorlar

Rəqəmlərlə

10+
il təcrübə
11
xidmət növü
112
tamamlanmış layihə
135
məmnun müştəri

Tərəfdaşlarımız

  • Mitsubishi Electric
  • Daikin
  • AUX
  • Midea
  • Kapella
  • Vents
  • Bahçıvan
  • Activent
  • AzEstetik Group
Başlamağa hazırsınız?

Komfortlu məkanı birlikdə quraq

Obyektiniz haqqında yazın və ya zəng edin. Mühəndislərimiz uyğun həlli təklif etsin.

Müraciət et