Layihə və audit xidməti

Hər layihənin və investisiyanın başlanğıc nöqtəsi.

Layihələndirmə hər layihənin və gələcək investisiyanın başlanğıc nöqtəsidir. Buna iki səbəbdən xüsusi diqqət ayırırıq: obyekt sahibini sonradan yaranan əlavə xərclərdən, binada çalışacaq insanları isə sağlamlıq risklərindən qorumaq və səhvlərin həm müştəriyə, həm də FreshAir markasının nüfuzuna zərər verməsinin qarşısını almaq.

Necə işləyirik

  1. Dinləyirik

    İstək və tələblərinizi təhlil edir, təcrübəmizi bölüşürük.

  2. Layihələndiririk

    Görüşdən sonra istəklərinizi və təcrübəmizi nəzərə alan layihə hazırlayır, aydın olmayan məqamları izah edirik.

  3. Seçirik

    Tələblərə cavab verən sistemləri birlikdə seçir, keyfiyyət fərqlərini nümunələrlə göstəririk.

  4. Hesabat veririk

    Quraşdırılmış sistemi günün müxtəlif saatlarında yoxlayır və nəticələr barədə hesabat təqdim edirik.

Ödənişsiz texniki baxış və ilkin layihə

Müraciətinizdən sonra mühəndislərimiz obyektə gəlir, yerində ödənişsiz texniki baxış keçirir və ilkin layihə hazırlayır. Mövcud sistemlər varsa, onların vəziyyətini yoxlayır (audit), çatışmazlıqları və təkmilləşdirmə imkanlarını göstəririk. Bir zənglə yanınızdayıq.

Texniki baxış üçün müraciət edin

Başlamağa hazırsınız?

Komfortlu məkanı birlikdə quraq

Obyektiniz haqqında yazın və ya zəng edin. Mühəndislərimiz uyğun həlli təklif etsin.

Müraciət et