
Kondisioner sistemi seçərkən əsas sual binanın ölçüsü və otaqların sayıdır.
Split və multi split
Bir və ya bir neçə otaq üçün ən sadə həlldir. Mono splitdə bir daxili blok bir xarici bloka qoşulur. Multi splitdə bir xarici bloka 8-ə qədər daxili blok qoşmaq olar. Evlər, kiçik ofislər və mağazalar üçün uyğundur.
VRF
Çox otaqlı binalar üçün bir mərkəzi sistemdir. Hər otaqda temperatur ayrıca idarə olunur, bir mərkəzdən 64-ə qədər daxili bloka nəzarət etmək mümkündür. İstilik bərpaedici VRF-də eyni anda bir otaq soyudulur, digəri isidilir. Ofislər, otellər, məktəblər və yaşayış binaları üçün uyğundur.
Chiller və fan-coil
Chiller suyu soyudur, su boru şəbəkəsi ilə otaqlardakı fan-coil qurğularına gedir. Böyük soyutma yükü olan ticarət mərkəzləri, xəstəxanalar və sənaye obyektləri üçün uyğundur.
Seçimə həmçinin xarici bloklar üçün yer, eyni anda isitmə və soyutma ehtiyacı və istismar xərcləri təsir edir. Düzgün qərar üçün layihələndirmədən başlamaq lazımdır.



